Müasir Medeya övladlarının həyatı bahasına qisas aldı
Kateqoriya məlum deyil
Rusiyanın Kamçatka vilayətində iki azyaşlı uşağın qətli ilə bağlı cinayət işi başlanılıb.
Faciə sentyabrın 9-da, səhər saatlarında baş verib.
27 yaşlı qadın beş yaşlı oğlunu və yaş yarımlıq qızını özünə bağlayaraq Kraşeninnikov buxtasına girib. Ətrafdan keçən insanlar uşaq qışqırıqlarını eşidərək, polisə və xilasedicilərə məlumat veriblər.






