Logo

Ayda 30 milyon dollar qazandıran qanunsuz neft şəbəkəsi ÜZƏ ÇIXDI

Ayda 30 milyon dollar qazandıran qanunsuz neft şəbəkəsi ÜZƏ ÇIXDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İraqın Baş naziri Əli əl-Zeydi Curf əl-Nəsr bölgəsində neft qaçaqmalçılığı ilə bağlı iddialara görə 9 yüksək vəzifəli təhlükəsizlik əməkdaşını vəzifəsindən azad edib.

Sfera.az xəbər verir ki, həmin bölgə İranın dəstəklədiyi “Kataib Hizbullah” qruplaşmasının əsas dayaqlarından biri hesab olunur.

İraqın hərbi sözçüsü Sabah əl-Numanın İraq Xəbər Agentliyinə (INA) verdiyi məlumata görə, baş nazir qaçaqmalçılıq faktlarını araşdıran komitənin hesabatını müzakirə etmək üçün təcili təhlükəsizlik iclası keçirib.

Araşdırma zamanı qanunsuz neft emalı müəssisələri və qaçaqmalçılıq fəaliyyətində saxtakarlıq əlamətləri aşkarlanıb. İşdən çıxarılanlar arasında Babil vilayətinin polis rəisi, təhlükəsizlik və kəşfiyyat əməkdaşları, eləcə də Neft Nazirliyinin Neft Boru Kəmərləri Şirkətinin direktoru var. Qaçaqmalçılıqda şübhəli bilinən şəxslərin məhkəməyə verilməsi də tapşırılıb.

“Əl-Cəzirə”nin məlumatına görə, bölgədə ayda 30 milyon dollaradək gəlir gətirən neft qaçaqmalçılığı şəbəkəsinin fəaliyyət göstərdiyi bildirilir. İki strateji neft boru kəmərindən neftin qanunsuz götürülərək qara bazarda satıldığı iddia olunur.

Atlantik Şurasının eksperti Akel Abbasın fikrincə, əməliyyatın əsas məqsədlərindən biri hökumətin tərksilah təşəbbüslərinə müqavimət göstərən silahlı qruplaşmanın maliyyə mənbələrini kəsməkdir.

Qeyd edək ki, “Kataib Hizbullah” son dövrlərdə baş nazirin hökumətini sərt tənqid edib və ona qarşı təhdidlər səsləndirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR