Logo

Bu ölkə ordusunu süni intellektə həvalə etdi

Bu ölkə ordusunu süni intellektə həvalə etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaponiyanın müdafiə naziri Şinciro Koizumi ölkənin müdafiə sektorunda, o cümlədən Özünümüdafiə Qüvvələrinin fəaliyyətində süni intellektin tətbiqini nəzərdə tutan xüsusi sənədin hazırlanacağını açıqlayıb.

Sfera.az xəbər verir ki, TBS telekanalına müsahibə verən nazirin sözlərinə görə, “Defense AI Vision” adlanan konsepsiyanın 2026-cı ilin noyabr ayının sonunda təqdim edilməsi planlaşdırılır.

Yeni sənəd süni intellekt texnologiyalarının Müdafiə Nazirliyinin və hərbi strukturların fəaliyyətinə inteqrasiyasının əsas istiqamətlərini müəyyən edəcək.

Koizumi qeyd edib ki, iki il əvvəl qəbul edilmiş süni intellekt siyasətinin yenilənməsinə ehtiyac var. Bu zərurət ölkənin milli təhlükəsizlik və müdafiə strategiyasının yenidən nəzərdən keçirilməsi ilə əlaqələndirilir.

Yaponiyanın Baş naziri Sanae Takaiçi vəzifəyə gəldikdən sonra müdafiə və təhlükəsizlik strategiyalarının yenilənməsinə başlanılıb. Bu çərçivədə süni intellekt və pilotsuz texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir.

Yeni konsepsiyanın müdafiə büdcəsinin artırılması və ölkənin hərbi imkanlarının genişləndirilməsi fonunda süni intellektin hərbi əməliyyatlarda və gündəlik müdafiə fəaliyyətində tətbiqini konkretləşdirəcəyi gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR