Polşada beş nəfər saxlanılıb
Polşanın Krakov şəhərində baş vermiş terror aktından sonra Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Büronun əməkdaşları potensial təhlükə yarada biləcək beş nəfəri saxlayıblar.
Bu barədə Polşa Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletskaya məlumat verib.
Sfera.az Trend.az-a istinadən xəbər verir ki, saxlanılan şəxslərin sosial şəbəkələrdəki fəaliyyəti potensial təhlükə mənbəyi hesab olunub.
Qeyd edək ki, noyabrın 7-də günorta saatlarında Krakovun mərkəzində atışma baş verib. Polşa vətəndaşı olan 24 yaşlı şəxs yoldan keçənlərə atəş açıb. Hadisə nəticəsində ikisi əcnəbi olmaqla, altı nəfər həlak olub, 15 nəfər yaralanıb.
Atəş açan şəxs saxlanılarkən yaralanıb və sonradan xəstəxanada ölüb. Polis onun mənzilində valideynlərinin və bacısının meyitlərini aşkar edib.
Hadisə terror aktı kimi araşdırılır. Polşada ümummilli matəm elan edilib.






