Logo

Netanyahu "Mossad"a İranla bağlı əmr verdi

Netanyahu "Mossad"a İranla bağlı əmr verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İranın Ali rəhbəri Müctəba Xamenei atasının yolunu davam etdirmək qərarına gəlib və İran yenidən atom bombası yaratmağa çalışır".

Sfera.az "Azad İran"ın "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun zabitlərinin buraxılış mərasimində deyib.

Baş nazirin sözlərinə görə, bu təhlükəni tamamilə aradan qaldırmağın yeganə yolu İrandakı rejimin devrilməsidir.

O qeyd edib ki, "Mossad"a və təhlükəsizlik xidmətlərinə bununla bağlı müvafiq tapşırıqlar verib.

Netanyahu iddia edib ki, İsrail və ABŞ-nin hərbi əməliyyatları İranın nüvə potensialının 90%-ni məhv edib.

Bununla belə, o bildirib ki, İranın nüvə potensialının bərpası istiqamətində işlər hələ də davam edir./oxu.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR