ABŞ-dən xəbərdarlıq: Münaqişə yenidən alovlana bilər
Kateqoriya məlum deyilAziza Ezizezeynal
T
ABŞ Yaxın Şərqdə hərbi gərginliyin artması və yeni münaqişə riskləri ilə əlaqədar region ölkələri üçün təhlükəsizlik xəbərdarlığı edib.
Sfera.az xəbər verir ki, bu barədə “The Current Report” və “The Hormuz Report” nəşrləri məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq Səudiyyə Ərəbistanı ilə husilər arasında münaqişənin genişlənməsi, eləcə də İranla hərbi qarşıdurmanın güclənməsi ehtimalı fonunda verilib.
Bildirilib ki, regionda fəaliyyət göstərən ABŞ səfirlikləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Təhlükəsizlik xəbərdarlığının İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər, Bəhreyn, Küveyt, Livan, Oman, Yəmən və İraqa şamil olunduğu qeyd edilib.
Bəsti Rəfizadə
Sfera.az
Açar sözlər:






