Səudiyyə Ərəbistanı Avropa İttifaqından kömək istədi
Kateqoriya məlum deyil
T
Səudiyyə Ərəbistanı Avropa İttifaqından (Aİ) Qırmızı dənizdəki “Aspides” dəniz missiyasını gücləndirməsini və Bab əl-Məndəb boğazında gəmilərin müşayiət olunmasına kömək etməsini istəyib.
Sfera.az xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaya məlumat verib.
“Ər-Riyad Aİ-dən Qırmızı dənizdəki “Aspides” missiyamızı gücləndirməyimizi və missiyanın Səudiyyə Ərəbistanı qüvvələri ilə sıx əməkdaşlığı çərçivəsində gəmilərin Bab əl-Məndəb boğazından təhlükəsiz keçidinə kömək etməsini xahiş edib”, - o bildirib.
Kallaş Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) tərəfindən Ər-Riyad hava limanına endirilən zərbələri qınayıb./Teleqraf
Açar sözlər:






