Maduro və həyat yoldaşına qarşı yeni ittiham irəli sürüləcək
Nyu-York prokurorluğu Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar irəli sürməyə hazırlaşır. CNN-in etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, bu barədə rəsmi açıqlama oktyabrın 8-də verilə bilər.
Sfera.az xəbər verir ki, yeni ittihamlar son illərdə Venesuela həbsxanalarında qanunsuz saxlanılan 10-dan çox ABŞ vətəndaşına işgəncə verilməsi ilə bağlıdır.
ABŞ rəsmilərinin qiymətləndirməsinə əsaslanan bu araşdırmada amerikalılara işgəncə verilməsində iştirak edən digər şəxslərin də məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ABŞ bundan əvvəl də Nikolas Maduroya qarşı beynəlxalq narkotik ticarəti ilə bağlı ittihamlar irəli sürüb və onun həbsi üçün mükafat təyin edib. Yeni ittihamlar ABŞ-nin Venesuela rəhbərliyinə qarşı hüquqi təzyiqlərini daha da artıracaq.
Firuzə Əliyeva






