Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb.
Sfera.az həmin görüntüləri təqdim edir:
Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb.
Həmçinin onu da əlavə edək ki, gəminin heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.
Xarici İşlər Nazirliyi də açıqlama yayaraq bildirib ki, ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır:
"Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür".
Qeyd edək ki, 2022-ci ildə gəmiyə 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adı verilib./oxu.az






