Pakistanda polis məntəqəsinə hücum: 11 nəfər öldü

Pakistanda polis məntəqəsinə hücum: 11 nəfər öldü
Kateqoriya məlum deyil
T

Pakistanda törədilən hücum nəticəsində azı 11 nəfər həyatını itirib, 30-a yaxın şəxs yaralanıb.

Sfera.az xəbər verir ki, hadisə ölkənin şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində baş verib.

Məlumata görə, partlayıcılarla yüklənmiş avtomobili yol kənarındakı polis nəzarət məntəqəsində partladılıb. Hücum nəticəsində azı 11 nəfər ölüb, 30-a yaxın şəxs yaralanıb.

Hücuma görə məsuliyyəti Pakistan Talibanı kimi tanınan Tehrik-i-Taliban Pakistan (TTP) təşkilatı üzərinə götürüb. Təşkilat 2007-ci ilin sonunda yaradılıb və Əfqanıstan Talibanı ilə müttəfiq hesab olunur.

Qeyd edək ki, son illərdə Pakistanda silahlı hücumların sayında artım müşahidə olunur. Bu hücumların əhəmiyyətli hissəsinə görə TTP məsuliyyəti öz üzərinə götürür.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR