ABŞ-Çin birinci xanımlarının görüşündə gözlənilməz detal – Onlar nə etdi?

ABŞ-Çin birinci xanımlarının görüşündə gözlənilməz detal – Onlar nə etdi?
Kateqoriya məlum deyil
T

ABŞ-nin birinci xanımı Melaniya Tramp Çinin birinci xanımı Penq Liyuanla görüşü zamanı davranışları ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, Melaniya Tramp Vaşinqtonda yerləşən Smithsonian Milli Asiya İncəsənəti Muzeyinə səfər zamanı Penq Liyuanla birlikdə olub. Görüş Çinin dövlət başçısı Si Cinpinin Ağ Evdə qarşılanmasından sonra baş tutub.

İki xanım muzeyin məşhur “Peacock Room” zalını gəzib, burada Çin incəsənət nümunələri, o cümlədən Tsin sülaləsinə aid çini kolleksiyası ilə tanış olublar. Onlar həmçinin muzey kuratorları ilə birlikdə Ceyms Maknil Vistlerin “Çini ölkəsindən şahzadə” əsərinə baxıblar.

Melaniya Tramp görüş üçün qara rəngdə Aleksandr Makkuin pencək və eyni rəngdə ətək, eləcə də Kristian Lubuten ayaqqabıları seçib. Penq Liyuan isə tünd göy rəngli, yüksək yaxalı çipao geyinib və obrazını gümüşü çiçək formalı broşla tamamlayıb.

Lakin görüşdə diqqət çəkən əsas məqam geyimlər deyil, Melaniyanın davranışları olub.

Bədən dili üzrə ekspert Cudi Ceyms “Daily Mail”ə bildirib ki, hər iki xanım muzeydəki əsərlərə böyük maraq göstərib və onların davranışlarında müəyyən oxşarlıqlar müşahidə olunub.

Ekspertin diqqətini xüsusilə Melaniyanın Penq Liyuanın hərəkətlərini və pozalarını təkrarlaması çəkib. Onun sözlərinə görə, iki xanım muzeyi gəzərkən və eksponatların qarşısında dayanarkən bir neçə dəfə bir-birinə bənzər hərəkətlər edib.

Ceyms hesab edir ki, Melaniyanın Penq Liyuanın davranışlarını təkrarlaması ona qarşı hörmətin göstəricisi ola bilər. Ekspert bu davranışın Penq Liyuanın Çindəki nüfuzu ilə də əlaqəli ola biləcəyini qeyd edib.

Penq Liyuan Çində tanınmış opera müğənnisi olmaqla yanaşı, Çin Xalq Azadlıq Ordusunda general-mayor rütbəsinə də malikdir. Görüş zamanı səmimi atmosfer hökm sürüb. Penq Liyuan yerli Çin məktəbinin uşaqlarından ibarət xorun çıxışına qatılıb. Melaniya Tramp isə ifaları alqışlayıb və çıxışlardan birinin sonunda “Bravo!” deyə səslənib.

Daha sonra hər iki xanım uşaqlarla birlikdə foto çəkdirib. 36 şagirddən ibarət xor “Jasmine Flower” və “Songs and Smiles” mahnılarını ifa edib.

Melaniya Tramp və Penq Liyuanın tanışlığı bir neçə il əvvələ gedib çıxır. Onlar ilk dəfə 2017-ci ilin aprelində Donald Trampın Florida ştatındakı Mar-a-Laqo klubunda görüşüblər. Həmin ilin noyabrında isə Melaniya Tramp həyat yoldaşı ilə birlikdə Çinə səfər edib və Pekində Qadağan olunmuş şəhəri ziyarət edib.

Bu dəfə isə onların görüşü zamanı kameraların diqqətini xüsusilə iki xanımın oxşar hərəkətləri və davranışları çəkib. Bədən dili üzrə ekspert bunu Melaniyanın çinli həmkarına münasibətdə xüsusi hörmətinin mümkün göstəricisi kimi qiymətləndirib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR