Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Kateqoriya məlum deyil
T
Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib.
O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib, lakin qeyd edib ki, İrəvan və Bakının bu istiqamətdə əməkdaşlığı davam etdiriləcək.
"Biz reqlamenti təsdiqləmişik və işlər ona uyğun olaraq davam etdiriləcək. Bu barədə mütləq elan olunacaq", - Qriqoryan bildirib.
Onun sözlərinə görə, Ermənistan vəziyyətin sabitləşməsinə və regionda uzunmüddətli sülhə köklənib.\"Report"
Açar sözlər:






