Tanınmış aktrisa ölü tapıldı

Tanınmış aktrisa ölü tapıldı
Kateqoriya məlum deyil
T

Yaponiyanın tanınmış aktrisası Hana Kuraki 25 yaşında Tokioda ölü tapılıb.

Sfera.az xəbər verir ki, hadisə paytaxt Tokionun Kabukicho rayonunda yerləşən mənzillərdən birində baş verib. Kurakinin cəsədini şənbə günü dostlarından biri aşkarlayıb və daha sonra mənzilin sahibinə məlumat verib. Mənzilin sahibi və Kabukichoda bar işlədən Sakito hadisə yerinə gələrək polis əməkdaşları ilə əlaqə saxlayıb.

O, sosial şəbəkədə yayılan açıqlamasında aktrisanın ölümünü təsdiqləyərək ailəsinə və yaxınlarına başsağlığı verib. Sakito daha əvvəl yayılan məlumatların əksinə olaraq, Kurakinin cəsədini onun özünün tapmadığını bildirib. Sakito həmçinin aktrisanın daha əvvəl şəxsi münasibətlərində yaşadığı problemlər barədə onunla danışdığını qeyd edib. O, insanların hadisə ilə bağlı təsdiqlənməmiş məlumatlar və şayiələr yaymamasına çağırıb.

“Yanlış məlumatların və fərziyyələrin mərhumun və onun ətrafındakı insanların daha çox zərər görməsinə səbəb olmamasını istəyirəm”, – Sakito bildirib.

Hana Kuraki fəaliyyətinə 2024-cü ildə başlayıb. Qısa müddət ərzində Yaponiyada tanınan simalardan birinə çevrilən aktrisanın bu ilin sonunda Tayvanda keçiriləcək əyləncə sənayesi sərgisində iştirakı da planlaşdırılırdı. Kuraki iyun ayında karyerasına müvəqqəti fasilə verdiyini açıqlamışdı.

O, bu qərarın avtomobil qəzası nəticəsində üz və çənə nahiyəsindən xəsarət alması ilə bağlı olduğunu bildirmişdi. Yapon polisi 25 yaşlı aktrisanın ölümü ilə bağlı araşdırma aparır. Onun yaxınları isə ictimaiyyəti hadisənin səbəbləri barədə təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırıblar.

Firuz

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR