Tramp gölün adını dəyişdi - Kanada narazıdır

ABŞ Prezidenti Donald Tramp ticarət gərginliyinin artdığı Kanada ilə sərhəddə yerləşən Ontario gölünün adını "Amerika gölü" olaraq dəyişdirən prezident fərmanı imzaladı.
Sfera.az xəbər verir ki, Tramp fərmanla bağlı açıqlamasında gölün Nyu-York və Ontario arasında yerləşdiyini və adının "Amerika gölü" olmasının çox normal olduğunu bildirdi.
Meksika körfəzinin adını "Amerika körfəzi" olaraq dəyişdirən prezident fərmanını xatırladan Tramp bu addımı atmaqdan çox məmnun olduğunu söylədi.
Ötən həftə iki ölkə arasında ticarət danışıqlarının uğursuzluğundan sonra Tramp Kanadadan idxal edilən avtomobillərə, yük maşınlarına, avtomobil hissələri və polada tətbiq edilən tariflərin gələn ildən etibarən 50 faizə qədər artırılacağını açıqladı.
Kanada Baş naziri Mark Karni bildirib ki, Kanada işçiləri, fermerləri, ailələri və müəssisələri qorumaq üçün bərabər ölçüdə tariflərlə cavab verəcək.
Ontario Baş naziri Duq Ford da qatıldığı bir proqramda ABŞ-ın tarif qərarını kəskin tənqid edib və Tramp bu tənqidi "öyünmə" adlandırıb.
Vasif






