Logo

Almaniya hərbi hazırlıqlarını artırır - Rusiya ilə qarşıdurma olacaq?

Almaniya hərbi hazırlıqlarını artırır - Rusiya ilə qarşıdurma olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Almaniyanın Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşması ilə bağlı bəyanatlar Avropada təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Almaniya Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin Rusiya ilə mümkün müharibəyə hazırlıq keçdiyi bildirilir.

Bəs tərəflər arasında birbaşa hərbi toqquşma ehtimalı nə qədər realdır? Avropanın hərbi hazırlığı hansı məqsədə xidmət edir?

Politoloq Elşad Mirbəşiroğlu Sfera.az-a mövzu ilə bağlı açıqlamasında Almaniya ilə Rusiya arasında birbaşa müharibə ehtimalını real hesab etmədiyini bildirib.

Onun sözlərinə görə, son dövrlər bir sıra Avropa ölkələrində, xüsusilə Almaniyada Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlıq barədə fikirlər daha intensiv səsləndirilir:

“Lakin bu bəyanatlar tərəflər arasında müharibənin mütləq baş verəcəyi anlamına gəlmir. Almaniyanın hərbi hazırlıqla bağlı yanaşmasında 2029-cu il xüsusi yer tutur. Berlinin narahatlığı Rusiyanın həmin dövrədək hərbi imkanlarını genişləndirə və Avropa üçün daha ciddi təhlükəyə çevrilə bilməsi ilə əlaqələndirilir. Rusiya müasir raketlər və digər hərbi vasitələrlə arsenalını genişləndirməkdədir”.

E.Mirbəşiroğlu hesab edir ki, Almaniya və digər Avropa ölkələrinin hərbi potensialını artırması, əsasən, çəkindirmə məqsədi daşıyır. Onun fikrincə, Rusiya ilə Avropa arasında qarşıdurma artıq müəyyən mənada mövcuddur:

“Belə ki, Almaniya, Fransa və digər Avropa ölkələri Rusiya-Ukrayna müharibəsində birbaşa iştirak etməsələr də, Ukraynaya göstərdikləri müxtəlif formalı dəstəyə görə münaqişənin dolayı iştirakçıları kimi qiymətləndirilə bilərlər”.

Almaniya hərbi hazırlıqlarını artırır - Rusiya ilə qarşıdurma olacaq?

Politoloq lokal hərbi insidentlərin baş verməsini istisna etməyib. Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi çərçivəsində NATO-ya məxsus hər hansı obyektin vurulması kimi hallar yaşana bilər.

“Ancaq bu cür hadisələr avtomatik olaraq Almaniya ilə Rusiya arasında müharibənin başlanması demək deyil. Almaniya NATO-nun üzvüdür və alyansın kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi mövcuddur. Bu baxımdan Almaniyaya qarşı silahlı hücum daha genişmiqyaslı qarşıdurma riski yarada bilər.

Almaniyanın hərbi gücünü artırması və hərbi strategiyasını yeniləməsi, ilk növbədə, Rusiyanı mümkün addımlardan çəkindirməyə və diplomatik mövqeləri gücləndirməyə hesablanıb”, - deyə ekspert bildirib.

Bununla yanaşı, ekspert Avropa ölkələrinin hərbi xərclərini artırmasının sosial-iqtisadi nəticələrinə də diqqət çəkib. O bildirib ki, müdafiə büdcəsinin genişləndirilməsi digər sahələrə ayrılan vəsaitlərin azalmasına səbəb ola, bu isə Avropa ölkələrində mövcud sosial-iqtisadi narazılıqları dərinləşdirə bilər:

“Avropa ölkələrinin hərbi xərcləri artırmaq imkanları da məhdud deyil. Buna görə də yaxın gələcəkdə Rusiya ilə Almaniya və ya Avropanın digər ölkələri arasında birbaşa hərbi qarşıdurmanın baş verəcəyini düşünülmür”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR