Nyu-York küçələrini yenidən sel basdı - FOTO

Kateqoriya məlum deyil
T
Nyu-York şəhərində şiddətli yağışlar genişmiqyaslı daşqınlara səbəb olub. Küçələr su altında qalıb və metro stansiyaları su altında qalıb.
Sfera.az xəbər verir ki, Bruklin-Kvins Ekspres Yolu və Kvins Bulvarı hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb. Metro stansiyaları da daşqınlarla üzləşib.
Bəzi metro xidmətləri dayandırılıb, digərlərinin işində fasilələr yaranıb.
Milli Meteorologiya Xidməti Nyu-York və Nyu-Cersi ştatlarının bəzi yerlərində şiddətli fırtına və ani daşqınların gözlənildiyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, Nyu-Yorkda bu ilin iyul ayında da oxşar hal yaşanmışdı. Şəhər hələ də leysan xarakterli yağışların təsirindən xilas ola bilmir.
İradə Elsevər



Açar sözlər:






