"İrana qarşı üç variant var" - Tramp

"İrana qarşı üç variant var" - Tramp
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana hücum variantından imtina etməsi və strategiyasını dəyişməsi ilə bağlı iddiaları rədd edib.

Sfera.az xəbər verir ki, bu barədə o, “Real America’s Voice” podkastına müsahibəsində danışıb.

Prezident ABŞ-nin strategiyasının dəyişib-dəyişmədiyi barədə suala cavab olaraq deyib:

“Mən heç vaxt belə bir şey deməmişəm. Mən strategiya barədə danışmıram. Niyə strategiya haqqında danışmalıyam ki?”.

Donald Tramp daha sonra ABŞ-nin İrana qarşı üç strategiyasının olduğunu açıqlayıb. Bunlara mövcud təzyiqlərin İranın məğlubiyyətinə qədər davam etdirilməsi, yeni zərbələrin endirilməsi və iqtisadi təzyiqlərin davam etdirilməsi daxildir.

O, variantlardan birini izah edərkən İranın iqtisadi vəziyyətinə toxunub və inflyasiyanın 300 faizə çatdığını, ölkənin milli valyutasının tamamilə dəyərdən düşdüyünü, hərbçilərin maaşlarının ödənilmədiyini və onların xidməti tərk etdiyini deyib:

“Mövcud vəziyyəti davam etdirə bilərik və onlar məğlub olacaqlar”.

Tramp əlavə edib ki, ABŞ hazırkı vəziyyəti sakit və rahat şəkildə davam etdirə bilər.

Dövlət başçısı ABŞ-nin digər variantının hərbi hücum olduğunu və Vaşinqtonun İrana çox sərt zərbələr endirə biləcəyini söyləyib.

ABŞ Prezidenti daha sonra İranı iqtisadi cəhətdən məğlub etməyi başqa bir variant kimi xarakterizə etsə də, Amerikanın bunu artıq etdiyini və bu variantın müəyyən mənada mövcud təzyiqlərin davam etdirilməsinin bir hissəsi olduğunu qeyd edib.

Donald Tramp İranın iqtisadi vəziyyətini “xaotik” adlandırıb:

“Bu rejim borc ala bilmir: “Onların çoxlu pulları var idi və biz onlara tam nəzarət edirik. Mən onların bankiriyəm”./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR