KİV: Cənubi Koreya Ukraynaya silah verməyəcək

Kateqoriya məlum deyil
T
Cənubi Koreya Respublikası Ukraynaya ölümcül silah verməmək siyasətinə sadiqdir.
Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
Cənubi Koreyalı diplomat bildirib ki, Koreya həmişə daxili qanunlarına uyğun olaraq hərbi texnika təchiz edib. Cənubi Koreya qanunvericiliyi hərbi münaqişə yaşayan ölkələrə ölümcül silahların tədarükünü qadağan edir.
"Biz Ukraynaya enerji, infrastruktur, səhiyyə və təhsil də daxil olmaqla müxtəlif sahələrdə yardım göstərmişik. Ukraynada sülhün bərpası və onun yenidən qurulması ilə bağlı təkliflər nəzərdən keçiriləcək", - deyə rəsmi şəxs bildirib.






