Logo

İspaniya oxşar təhdidlə qarşılaşacaq

İspaniya oxşar təhdidlə qarşılaşacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyanın Seuta anklavına avqustun 15-dək növbəti kütləvi miqrant axını gözlənilir.

Sfera.az xəbər verir ki, bu barədə “Cadena SER” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, hazırda sosial şəbəkələrdə avqustun 15-dək İspaniya-Mərakeş sərhədinin kütləvi şəkildə qanunsuz keçilməsinə çağırışlar yayılır.

"Bu yeni aksiya iyulun sonunda keçirilən analoji kampaniyaya bənzəyir. Hətta dövriyyədə olan çoxsaylı mesajlar səbəbindən daha intensiv xarakter daşıyır", – deyə məlumatda qeyd olunur.

Daxil olan məlumatlarla əlaqədar Mərakeş hökuməti sərhədin qanunsuz keçilməsi cəhdlərinin qarşısının alınması üçün İspaniya hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib./trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR