Kim Çenin bacısı Yaponiyanı hədələdi: Müharibə edərik

Kim Çenin bacısı Yaponiyanı hədələdi: Müharibə edərik
Kateqoriya məlum deyil
T

Şimali Koreya Yaponiyanın hərbi potensialını daha da gücləndirməsinə imkan verməyəcək və buna cavab olaraq əlavə hərbi tədbirlər görəcək.

Sfera.az xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) yaydığı məlumata görə, bunu Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri və ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Con bəyan edib.

"Bir neçə gün əvvəl Yaponiya Sakit okeanda Özünümüdafiə Qüvvələrinin "Aegis" sistemi ilə təchiz olunmuş “Jokai” esminesindən uzaqmənzilli “Tomahavk” qanadlı raketlərinin sınaq buraxılışını həyata keçirib. Bundan başqa, uzaqmənzilli gəmi əleyhinə idarəolunan raketlər yerləşdirir, pilotsuz sualtı qayıqlar hazırlayır və “F-35A” qırıcıları üçün qanadlı raketlər satın alır. Belə şəraitdə Yaponiyanın Özünümüdafiə Qüvvələri preventiv zərbə endirmək və ölkə hüdudlarından kənarda fəaliyyət göstərmək üçün nəzərdə tutulan silahlı birləşmələrə xas xüsusiyyətlər qazanır", – deyə o bildirib.

Kim Yo Conun fikrincə, bu, KXDR də daxil olmaqla qonşu dövlətlər üçün təhlükə yaradır./trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR