Azərbaycanlı tələbənin qaldığı mənzil dronla belə vurulub - Anbaan video

Azərbaycanlı tələbənin qaldığı mənzil dronla belə vurulub - Anbaan video
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa şəhərinə dron hücumu zamanı 18 yaşlı azərbaycanlı tələbə Əli Mehdiyev ağır yaralanıb.

Sfera.az-ın məlumatına görə, tələbənin qaldığı mənzil "Şahed" tipli dronla vurulub.

Avqustun 1-də baş verən hücum zamanı bir Türkiyə vətəndaşı da yaralanıb.

Odessa Regional Polis İdarəsinin rəisi Sergey Lısak bildirib: "Hazırda iki nəfərin yaralandığı məlumdur. Onlar müvafiq olaraq 18 və 28 yaşlı gənc kişilərdir. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Həkimlər bütün lazımi yardımı göstərirlər".

Sözügedən binaya dron hücumunun görüntülərini unikal-a istinadla təqdim edirik:


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR