Rusiya bizi sındırmaq istəyir - Zelenski

Rusiya bizi sındırmaq istəyir - Zelenski
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, keçmiş Sovet İttifaqına daxil olmuş ölkələr nə qədər güclü və müstəqil olsalar, Rusiyanın artıq dağıdılmış təsir dairəsini bərpa etməsi bir o qədər çətin olacaq.

Sfera.az xəbər verir ki, Zelenski Ukraynanın bu prosesdə əsas rol oynadığını vurğulayıb.

"Rusiya ilk növbədə bizi sındırmaq istəyir. Əgər buna nail olsa, postsovet məkanındakı digər ölkələrlə işi daha asan olacaq. Bunu hamı bilir və Ukraynanın töhfəsini yüksək qiymətləndirir", – deyə o bildirib.

Prezident əlavə edib ki, Ukrayna bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir./Bizim.Media

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR