Husilər Səudiyyə Ərəbistanını vurdu

Husilər Səudiyyə Ərəbistanını vurdu
Kateqoriya məlum deyil
T

Yəməndəki husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran hava limanına zərbələr endirib.

“Ənsar-Allah” hərəkatının rəsmi "Telegram" kanalında yayılan məlumata görə, hücum zamanı pilotsuz uçuş aparatından (PUA) istifadə olunub.

Sfera.az xəbər verir ki, husilərin iddiasına görə, zərbə Səudiyyə Ərəbistanının Səədə və Həccə vilayətlərində pilotsuz uçuş aparatlarından istifadə etməklə Yəmənin hava məkanını pozmasına cavab olaraq endirilib.

"Bəyan edirik ki, hava məkanımızın istənilən pozuntusu cavabsız qalmayacaq", – deyə bəyanatda vurğulanıb./trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR