Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi

Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin Rusiyanı zəiflətməyə yönəlmiş yeni əməliyyatlar həyata keçirəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" hesabında paylaşım edib.

"Rusiyanın təcavüzünə qarşı əməliyyatlarımızla bağlı hesabat təqdim olundu. Ukrayna Təhlükəsizlik Xidmətinin yaxşı nəticələri var və bu gün mən yeni əməliyyatları təsdiqlədim", - o bildirib.

Qeyd edək ki, bu gün - avqustun 4-də Zelenskinin göstərişi ilə həyata keçirilən və Rusiyanı zəiflətməyə yönəlmiş 40 günlük əməliyyat başa çatıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR