Almaniyada Ukrayna səfirinin ölkədən çıxarılması tələb olundu

Almaniyada Ukrayna səfirinin ölkədən çıxarılması tələb olundu
Kateqoriya məlum deyil
T

Almaniyanın "Sara Vagenknext İttifaqı – Ağıl və Ədalət naminə" (BSW) partiyasının xarici siyasət üzrə eksperti Sevim Dağdelen Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyevin ölkədən çıxarılmasını tələb edib.

Sfera.az xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. O, Ukrayna səfirinin açıqlamalarını Almaniyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Dağdelen bildirib ki, Makeyev Almaniya seçicilərinə hansı siyasi qüvvələrin dəstəklənməli, hansılarının isə dəstəklənməməli olduğunu diktə etməyə çalışır. Onun sözlərinə görə, bu cür davranış diplomatik etikadan kənardır.

"Ukrayna səfiri Almaniyaya burada kimi seçməli olduqlarını diktə etməyə çalışır. Bu, diplomatiya deyil, daxili işlərə müdaxilədir", – deyə siyasətçi vurğulayıb.

O, həmçinin Almaniya federal hökumətini tənqid edərək bildirib ki, rəsmi Berlin səfiri izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırmalı idi.

Qeyd edək ki, qalmaqala Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyevin Almaniyada Moskva ilə sıx əlaqələri olduğunu iddia etdiyi siyasi partiyalar barədə səsləndirdiyi fikirlər səbəb olub. Bu açıqlamalar ölkədə siyasi müzakirələrə yol açıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR