İran-Oman Hörmüz boğazı razılaşmasının şərtləri açıqlandı

İran-Oman Hörmüz boğazı razılaşmasının şərtləri açıqlandı
Kateqoriya məlum deyil
T

İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı razılaşmaya yaxınlaşıb.

Sfera.az bildirir ki, bu barədə "The New York Times" İran və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, razılaşma çərçivəsində Fars körfəzinə daxil olan gəmilər İran sahilləri boyunca, körfəzdən çıxan gəmilər isə Oman sahilləri istiqamətində hərəkət edəcək.

İran rəsmilərinin bildirdiyinə görə, sazişdə boğazdan keçid üçün xüsusi "xidmət haqqı" nəzərdə tutulur. Bu vəsaitin gəmiçiliyin ekoloji təsirlərinin qarşılanmasına, yük gəmiləri və neft tankerlərinin təhlükəsizliyinin təmin edilməsinə, eləcə də xidmət personalının xərclərinin ödənilməsinə yönəldiləcəyi bildirilir. Gəlirlərin İran və Oman arasında bərabər bölünəcəyi qeyd olunur.

Lakin danışıqların gedişindən xəbərdar ABŞ rəsmisi İran tərəfinin təqdim etdiyi məlumatların reallığı əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, boğazdan keçid üçün nəzərdə tutulan istənilən müvəqqəti marşrut İranın razılığını tələb etməyəcək və keçid üçün ödəniş tətbiq edilməyəcək.

Daha əvvəl "Financial Times" da İranın Omanla Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxın olduğunu yazmışdı. Nəşr qeyd edib ki, bu saziş Tehran və Vaşinqton arasında gərginliyin daha da artmasının qarşısını almaq üçün mühüm addım hesab olunur.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR