İran Ukraynanı İran gəmisinə qəsdən hücum etməkdə ittiham etdi

İran Ukraynanı İran gəmisinə qəsdən hücum etməkdə ittiham etdi
Kateqoriya məlum deyil
T

İranın Ukraynanın ölkəyə məxsus gəmiyə qəsdən zərbə endirdiyini sübut edən dəlillərə malik olduğu bildirilir.

Sfera.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna rəsmiləri hadisənin təsadüfən baş verdiyini bildiriblər. Lakin İran tərəfinin əldə etdiyi sübutlar hücumun qəsdən həyata keçirildiyini göstərir.

Bəqayi qeyd edib ki, Tehran Ukraynanın bu addımına görə məsuliyyət daşımasını təmin etmək və belə hadisələrin təkrarlanmaması üçün bütün zəruri tədbirləri görəcək.

Daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran və Oman arasında Hörmüz boğazından təhlükəsiz keçid marşrutu ilə bağlı əldə olunan razılaşma özü-özlüyündə gəmiçiliyin dərhal bərpa ediləcəyi anlamına gəlmir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR