“Qanuni oğru” aləminin üzvü kimi axtarılan şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları “qanuni oğru” aləminin üzvlüyündə ittiham olunan və axtarışda olan, “Paipura” ləqəbli şəxsi saxlayıblar.
Sfera.az xəbər verir ki, nazirliyin məlumatına görə, həmin şəxs barəsində 15 aprel 2026-cı il tarixindən qiyabi şəkildə cinayət təqibi başlanılıb və o, axtarışa verilib. Şübhəli Tbilisi şəhərində saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs vətəndaşlar arasında yaranan maliyyə mübahisələrinin həllində iştirak edib. O, keçirilən yığıncaqlarda “qanuni oğru” ənənələrinə uyğun qərarlar qəbul edərək tərəflərdən birinin xeyrinə digər tərəfə müəyyən müddət ərzində pul ödəməyi tapşırıb.
Bundan əlavə, məlum olub ki, şübhəli şəxs “oğru razborkası” təşkil edib və burada bir vətəndaşın biznes fəaliyyətindən pay şəklində iri məbləğdə vəsait əldə etmək qərarı verilib. Həmin vəsaitin bir hissəsinin xaricdə olan “qanuni oğrular” arasında bölüşdürülməsi, qalan hissəsinin isə onun tərəfindən mənimsənilməsi planlaşdırılıb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 223-cü prima maddəsi ilə aparılır. Bu maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur./unikal






