Səudiyyə Ərəbistanına hücumun PEYK GÖRÜNTÜSÜ YAYILDI

Kateqoriya məlum deyil
T
İyulun 31-nə olan yeni peyk görüntüləri İrana bağlı husilərin "Saudi Aramco" şirkətinin Cazan Neft Emalı Zavoduna dron və raket zərbələri nəticəsində vurduğu ziyanın indiyə qədərki ən aydın görüntüsünü təqdim edir.
Sfera.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Kadrlar hədəfə alınan infrastruktur obyekti ərazisində ən azı üç neft çəninin tamamilə məhv edildiyini və daha iki çənin isə ağır zədələndiyini nümayiş etdirir.
Zərbələrin ardınca zavodun fəaliyyətində ciddi axsamaların yarandığı və ərazidə təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə qaldırıldığı bildirilir./musavat






