Trampdan yeni Qrenlandiya açıqlaması: "Mərc etsəniz, udacaqsınız"

Trampdan yeni Qrenlandiya açıqlaması: "Mərc etsəniz, udacaqsınız"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bildirib ki, prezidentlik müddəti başa çatanadək – 2029-cu ilin yanvarına qədər Qrenlandiya ABŞ-nin nəzarəti altına keçə bilər.

Sfera.az xəbər verir ki, Tramp bu barədə mühafizəkar "Real America's Voice" televiziya kanalına müsahibəsində danışıb.

Aparıcı Stiv Qruber Trampa daha əvvəl səsləndirdiyi "prezidentlik müddətiniz bitənə qədər Qrenlandiya ABŞ-nin operativ nəzarəti altında olacaq" fikrini xatırladıb. Buna cavab olaraq ABŞ lideri belə deyib:

"Bəli, belə mərc etsəniz, udacaqsınız. Bəli, haqlı olacaqsınız. Biz çox vacib bir iş görmək istəyirik. Qrenlandiya bizim baxışımızdan vacibdir, onların baxışından yox".

Tramp vurğulayıb ki, Qrenlandiya Vaşinqtonun strateji maraqları baxımından mühüm əhəmiyyət daşıyır və aparıcıya bununla bağlı "mərc etməyi" tövsiyə edib.

ABŞ prezidentinin bu açıqlaması onun Qrenlandiya ilə bağlı əvvəlki mövqeyini bir daha təsdiqləyib. Tramp uzun müddətdir Danimarka Krallığının tərkibində muxtar ərazi olan Qrenlandiya üzərində ABŞ-nin təsir imkanlarını artırmaq niyyətini açıq şəkildə ifadə edir. Bununla belə, həm Danimarka, həm də Qrenlandiya hakimiyyəti adanın ABŞ-nin nəzarətinə verilməsi ehtimalını dəfələrlə rədd edib.

Tramp hesab edir ki, Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Onun fikrincə, Arktika bölgəsində ABŞ, Rusiya və Çin arasında geosiyasi rəqabətin güclənməsi adanın strateji rolunu daha da artırır.

Xatırladaq ki, iyulun əvvəlində keçirilən NATO sammitində də Tramp Qrenlandiyanın ABŞ üçün kritik əhəmiyyət daşıdığını vurğulamış, adanın "Danimarka üçün o qədər də vacib olmadığını" söyləmişdi.

Qeyd edək ki, Tramp prezidentliyinin ikinci dövrünün əvvəlində Qrenlandiya üzərində nəzarəti təmin etmək üçün hərbi gücdən istifadə variantını da istisna etməmişdi. Lakin sonradan o, hərbi ssenarinin artıq gündəmdə olmadığını açıqlayıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR