"Airbus A350" 24 saat havada qaldı - Uçuş məsafəsinə görə yeni rekord

"Airbus A350" 24 saat havada qaldı - Uçuş məsafəsinə görə yeni rekord
Kateqoriya məlum deyil
T

"Airbus A350-1000ULR" təyyarəsi Avstraliyanın Melburn şəhərindən Fransanın Tuluza şəhərinə eniş etmədən tarixi uçuş həyata keçirərək kommersiya aviasiyasında yeni rekord müəyyənləşdirib.

Sfera.az xəbər verir ki, təyyarə havada 24 saat 24 dəqiqə qalaraq həm uçuş müddəti, həm də qət edilən məsafə baxımından kommersiya təyyarələri arasında rekord göstəriciyə imza atıb.

Bundan əvvəl həmin təyyarə Tuluzadan Melburna qərb marşrutu ilə uçaraq 16 min 900 kilometr məsafəni 19 saat 12 dəqiqəyə qət etmişdi.

Yeni rekord "Airbus"un ultra uzaqmənzilli A350-1000ULR modelinin imkanlarını bir daha nümayiş etdirir. Bu tip təyyarələr gələcəkdə dünyanın ən uzun məsafəli birbaşa reyslərində istifadə olunmaq üçün nəzərdə tutulub.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR