Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şimalındakı Aomori prefekturası sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya Meteorologiya Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar avqustun 1-də yerli vaxtla saat 11:48-də baş verib.
Zəlzələnin episentri Aomori prefekturası yaxınlığındakı dənizdə, 41,3° şimal enliyi və 142,0° şərq uzunluğu koordinatlarında yerləşib. Ocağın dərinliyi təxminən 80 kilometr olub.
Yaponiyanın yeddi ballıq seysmik intensivlik şkalasına əsasən, bəzi bölgələrdə təkanların gücü 4 bal səviyyəsində hiss edilib.
Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib. Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib.
Firuzə Əliyeva
Sfera.az






