ABŞ bu həftəsonu İrana yenidən zərbə endirə bilər – CNN

ABŞ administrasiyası bu həftəsonu İrana qarşı yeni hərbi zərbələrin endirilməsi imkanını nəzərdən keçirir.
Sfera.az xəbər verir ki, bu barədə CNN telekanalına administrasiyanın planları ilə tanış olan iki amerikalı rəsmi məlumat verib.
Məlumata görə, mümkün əməliyyatın dəqiq miqyası və hədəfləri hələ müəyyənləşdirilməyib. Mənbələr vurğulayıblar ki, yekun qərar qəbul olunmayıb və əməliyyat son anda tamamilə ləğv edilə də bilər.
ABŞ Prezidenti Donald Tramp cümə günü keçirilən hökumət iclasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasının mümkünlüyündən danışıb. O, diplomatik səylərin gözlənilən nəticəni verməməsindən narazılığını ifadə edib.
Amerikalı rəsmilərin sözlərinə görə, Tramp əsas məqsədinin münaqişəyə son qoymaq olduğunu bildirir. Bununla belə, o hesab edir ki, hərbi təzyiqin artırılması bu məqsədə çatmaq üçün istifadə oluna biləcək vasitələrdən biridir.
Hazırda mümkün zərbələrin hansı obyektləri hədəf alacağı və əməliyyatın ABŞ-nin müttəfiqlərinin iştirakı ilə həyata keçirilib-keçirilməyəcəyi barədə rəsmi məlumat yoxdur.
Firuzə Əliyeva
Sfera.az






