Tramp yeni təyinatdan narazı qaldı

Tramp yeni təyinatdan narazı qaldı
Kateqoriya məlum deyil
T

ABŞ administrasiyası Böyük Britaniyanın yeni xarici işlər naziri vəzifəsinə Edvard Milibendin təyin edilməsindən narazıdır.

Sfera.az xəbər verir ki, bu barədə "The Independent" nəşri Ağ Evə yaxın mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Ağ Ev Milibendin ABŞ Prezidenti Donald Tramp barədə illər əvvəl səsləndirdiyi sərt və tənqidi fikirləri unutmayıb. Mənbələrin sözlərinə görə, yeni baş nazir Endi Börnhemə xəbərdarlıq edilib ki, Milibendi Vaşinqtonla münasibətləri bərpa etmək üçün ciddi diplomatik fəaliyyət gözləyir. Bildirilir ki, Milibend enerji naziri olduğu dövrdə Trampın iqlim siyasətini və demokratik institutlara münasibətini dəfələrlə tənqid edib. O, 2016-cı ildə Trampı açıq şəkildə "irqçi, qadınlara qarşı ayrı-seçkilik edən və özünü zorakılıq törədən kimi təqdim edən şəxs" adlandırmışdı. ABŞ prezidentinə yaxın mənbələrdən biri "The Independent"ə bildirib ki, bu təyinat Vaşinqtonda ciddi narazılıq doğurub.

Qeyd olunur ki, Tramp və Milibend arasında münasibətlər artıq on ildən çoxdur gərgindir. Milibend vaxtilə "Trampizmin ən pis təzahürlərinə qarşı ölkə daxilində və xaricdə mümkün olan hər şeyi etməliyik" deyə bəyan etmiş, 2017-ci ildə isə Trampın "axmaqlıq həddini aşağı saldığını" söyləmiş və Londonda keçirilən "Stop Trump" etiraz aksiyasında iştirak etmişdi. O, həmçinin Trampı Rusiya ilə münasibətlərinə görə də tənqid etmişdi. Öz növbəsində Donald Tramp Milibendi "yaşıl fanatizm"də ittiham edərək, onun Böyük Britaniyada Şimal dənizində neft və qaz hasilatının genişləndirilməsinə mane olduğunu bildirmişdi. Trampın yaxın çevrəsindən olan mənbə nəşrə deyib: "Tramp heç nəyi unutmur. Bunu da unutmayacaq. Milibendi diplomatik əlaqələri bərpa etmək üçün çox böyük iş gözləyir".

Ağ Ev və ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq edən məsləhətçi isə bildirib ki, ABŞ hökumətində Milibend kompromisə meyilli olmayan ekoloji radikal kimi tanınır və bu təyinat Vaşinqtonda mənfi qarşılanıb. Nəşr yazır ki, baş nazir Endi Börnhem Milibendi Xarici İşlər Nazirliyinə rəhbər təyin etməklə ölkənin iqlim siyasətini gücləndirməyi və beynəlxalq yardım xərclərini yenidən ÜDM-in 0,7 faizi səviyyəsinə çatdırmağı hədəfləyir. Bundan başqa, Vaşinqtonda 2013-cü ildə baş vermiş hadisələr də hələ də xatırlanır. Həmin vaxt müxalifət lideri olan Milibend Suriyada Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyatlara dəstəyi geri çəkmiş, nəticədə hökumətin təşəbbüsü parlamentdə qəbul edilməmiş və ABŞ mühüm müttəfiqlərindən birinin dəstəyini itirmişdi.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ