Qırğızıstanda 5 bal gücündə zəlzələ oldu

Qırğızıstanda 5 bal gücündə zəlzələ oldu
Kateqoriya məlum deyil
T

Qırğızıstanda 5 bal gücündə zəlzələ qeydə alınıb.


Sfera.az xəbər verir ki, bu barədə Qırğızıstan Seysmologiya İnstitutu məlumat yayıb.


Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:41-də İssık-Göl vilayətinin Öttük kəndindən 5 kilometr məsafədə baş verib. Zəlzələnin maqnitudası 5 olaraq qiymətləndirilib.


Məlumata görə, zəlzələ Öttük və Kazan-Kuyqan kəndlərində 5 bal, Cerge-Tal, Qızıl-Cıldız, Eçki-Başı və Əməkçil kəndlərində 4 bal gücündə hiss olunub.


Bundan başqa, Kuybışev, Şoro, Vosmoye Marta, Ak-Talaa, Dostuk, Can-Bulak, Min-Bulak, Calqız-Terek, Orto-Saz, Ak-Kıya, Orto-Nura, Keneş kəndlərində, eləcə də Narın şəhərində yeraltı təkanların intensivliyi 3 bal təşkil edib.
Hadisə nəticəsində ölən, yaralanan və ya dağıntıların olması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ