Tramp: "Bu ölkə dünyanın ən varlısı ola bilər"

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə bağlı sərt açıqlaması ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki, Tramp özünün "Truth Social" hesabında Böyük Britaniyanı "müflis fəlakət" adlandırıb. ABŞ lideri bildirib ki, Şimal dənizində neft hasilatının artırılması ilə bağlı Böyük Britaniyanın yeni təyin olunmuş baş nazir səlahiyyətlərini icra edən Endi Börnhemin planlarını dəstəkləyir. Onun sözlərinə görə, Şimal dənizində yerləşən yataqlar dünyanın ən keyfiyyətli neft mənbələrindən biridir və burada yüz illərlə kifayət edəcək həcmdə ehtiyat mövcuddur.
Tramp qeyd edib ki, həmin ehtiyatların böyük hissəsi hələ tam araşdırılmayıb. ABŞ Prezidenti hesab edir ki, bu resurslardan səmərəli istifadə olunacağı təqdirdə Böyük Britaniya "müflis fəlakət" vəziyyətindən çıxaraq dünyanın ən varlı ölkələrindən birinə çevrilə bilər.
Firuzə Əliyeva
