Xəzərdə gəmilərə hücumlarla bağlı Qazaxıstandan sərt reaksiya

Qazaxıstan Xarici İşlər Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumuna məxsus neft tankerlərinə edilən hücumları pisləyərək, onları ölkənin maraqlarına hücum kimi xarakterizə edib.
Sfera.az xəbər verir ki, Nazirlik bildirib ki, "Bu cür hücumlar Qazaxıstan Respublikasının iqtisadi maraqlarına qarşı qəbuledilməz hücum hesab edilir".
Nazirlik Qara dənizdəki tankerlərlə bağlı məlumat mübadiləsi mexanizminin qəsdən nəzərə alınmamasından narahatlığını ifadə edərək, bunun ekipajın həyatını təhlükəyə atdığını vurğulayıb.
Qazaxıstan Xarici İşlər Nazirliyi hücumlara dərhal son qoyulmasını və ölkənin neft ixracı infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsini tələb edib. O, həmçinin, tərəfdaş ölkələri hücumları pisləməyə çağırıb və bütün maraqlı tərəfləri bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün konkret, praktik tədbirlər hazırlamağa çağırıb.
