Pentaqondan İrana ağır zərbə

ABŞ ordusunun İrana qarşı həyata keçirdiyi hava hücumları ölkənin rabitə infrastrukturuna ağır zərbə vurub.
Sfera.az xəbər verir ki, İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Rabitə İdarəsinin yerli mediaya verdiyi məlumata görə, dünən baş verən bombardmanlar nəticəsində 116 mobil rabitə qülləsi tamamilə sıradan çıxıb.
Məhv edilən kritik rabitə obyektlərinin əsasən Bəndər-Abbas və Hacıabad şəhərlərində yerləşdiyi bildirilir. Rəsmi qurumların açıqlamasında qeyd olunur ki, qüllələrin sıradan çıxması səbəbindən əyalətin bir neçəsində, xüsusilə şimal rayonlarında mobil rabitə şəbəkəsində və internet təminatında kütləvi kəsintilər və ciddi nasazlıqlar yaranıb.
Bölgədə rabitənin bərpası üçün işlərin aparıldığı, lakin dağıntıların miqyasının böyük olduğu vurğulanır./musavat
