Populyar nazir buna görə işdən çıxarılıb

Populyar nazir buna görə işdən çıxarılıb
Kateqoriya məlum deyil
T

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun vəzifədən uzaqlaşdırılmasının arxasında siyasi və hərbi səbəblərin dayandığı iddia olunur.

Sfera.az xəbər verir ki, bu barədə The New York Times müxalifət nümayəndələrinə və siyasi ekspertlərə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Fedorovun artan populyarlığı və ölkə rəhbərliyi daxilində artan təsiri onu Prezident Volodimir Zelenski üçün "problem və təhlükə"yə çevirib.

Məqalədə qeyd olunur ki, sabiq nazirin istefasından əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə ciddi fikir ayrılığı yaranıb.

Bildirilir ki, Fedorov müasir müharibələrdə pilotsuz uçuş aparatlarının (PUA) rolunun artdığını əsas gətirərək hərbi satınalmaların daha çox dronlara yönəldilməsini təklif edib. O, artilleriya sursatlarının alınmasına ayrılan vəsaitin bir hissəsinin PUA proqramlarına yönləndirilməsinin tərəfdarı olub.

Lakin Sırski bu yanaşma ilə razılaşmayıb. Baş komandan xüsusilə Ukraynanın şərq cəbhəsində davam edən döyüşlər fonunda artilleriya mərmilərinin əvvəlki həcmdə alınmasının vacibliyini müdafiə edib.

The New York Times yazır ki, tərəflər arasında yaranan ziddiyyətlər nəticədə Fedorovun mövqeyinin zəifləməsinə gətirib çıxarıb.

Nəşr vurğulayır ki, Ukrayna rəhbərliyində pilotsuz texnologiyaların gələcək rolu ilə bağlı müzakirələr davam edir və bu məsələ ölkənin hərbi strategiyasının əsas istiqamətlərindən biri hesab olunur./modern.az

PAYLAŞ