İran Küveyti vurdu, yanacaq terminalı dağıldı

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytin Əl-Əhmədi limanında ABŞ Hərbi Dəniz Qüvvələrinin yanacaq təchizatı terminalına zərbə endirib.
Sfera.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi SEPAH-ın bəyanatına istinadən xəbər verir.
“SEPAH hərbçiləri pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə Küveytin Əl-Əhmədi limanında ABŞ Hərbi Dəniz Qüvvələrinin yanacaq təchizatı terminalına sarsıdıcı zərbə endiriblər", – deyə bəyanatda bildirilir.
Məlumata görə, terminaldan əlavə, ABŞ-yə məxsus rabitə və radioistiqamətləndirmə mərkəzi də məhv edilib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb./trend
