ABŞ Bəndər-Xomeynidə beş körpünü vurub

ABŞ Silahlı Qüvvələri İranın liman şəhəri olan Bəndər-Xomeynidə yerləşən beş körpüyə zərbələr endirib.
Sfera.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Agentlik hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, daha əvvəl Bəndər-Xomeyniyə endirilən zərbələr nəticəsində yeddi nəfərin həlak olduğu, doqquz nəfərin isə yaralandığı bildirilmişdi.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İrana qarşı növbəti hərbi əməliyyatlar seriyasının həyata keçirildiyini açıqlayıb.
İran KİV-lərinin məlumatına görə, son hücumlar zamanı Bəndər-Abbas və Keşm adası yaxınlığında partlayışlar qeydə alınıb. Əhvaz, Buşəhr, Bəndər-Xomeyni, Bəndər-Ləngə, Veysiyan və İranşəhr hava limanının da hücumlara məruz qaldığı bildirilib./teleqraf
