Trampın təşəkkür etdiyi məhbusun kimliyi məlum olub

Trampın təşəkkür etdiyi məhbusun kimliyi məlum olub
Kateqoriya məlum deyil
T

İranın sərbəst buraxdığı və buna görə ABŞ Prezidenti Donald Trampın Tehrana təşəkkür etdiyi şəxsin kimliyi açıqlanıb.

Sfera.az İran mediasına istinadən xəbər verir ki, söhbət İran-Amerika ikili vətəndaşlığı olan Dena Kərraridən gedir.

Bildirilib ki, Dena Kərrari 2024-cü ilin dekabrında ailəsini ziyarət etmək üçün İrana səfər etdikdən sonra saxlanılıb.

ABŞ-də fəaliyyət göstərən texnologiya şirkətində çalışan Kərrari eyni zamanda İranda aztəminatlı uşaqlara yardım göstərən xeyriyyə təşkilatının təsisçisi olub.

Məlumata görə, o, həbs edildikdən sonra istintaq təcridxanasına yerləşdirilib və barəsində "casusluq" ittihamı ilə cinayət işi açılıb.

Daha sonra Dena Kərrari sərbəst buraxılsa da, pasportu əlindən alınıb və onun İrandan çıxışına qadağa qoyulub.

PAYLAŞ