Ukraynanın yeni Baş naziri məlum oldu

Ukraynada hökumətdə genişmiqyaslı kadr dəyişiklikləri davam edir. Bu çərçivədə ölkənin yeni Baş naziri müəyyənləşib.
Sfera.az xəbər verir ki, Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin təqdimatı əsasında “Naftoqaz” şirkətinin baş icraçı direktoru Sergey Koretskini ölkənin yeni Baş naziri vəzifəsinə təsdiqləyib.
Məlumata görə, Volodimir Zelenski Sergey Koretskinin namizədliyini xüsusilə enerji sektorunda əldə etdiyi təcrübə və ölkəni müharibə şəraitində qarşıdan gələn qış mövsümünə hazırlamaq bacarığı ilə əsaslandırıb.
Parlamentdə keçirilən səsvermə zamanı Koretskinin namizədliyi 289 deputatın dəstəyini qazanaraq təsdiqlənib.
Bununla yanaşı, hökumətdə aparılan dəyişikliklər narazılığa da səbəb olub. Belə ki, yüzlərlə etirazçı Zelenskinin müdafiə naziri Mixaylo Fedorovu vəzifəyə təyin olunduqdan cəmi altı ay sonra postundan uzaqlaşdırması qərarına etiraz etmək üçün parlament binasının qarşısına toplaşıb.
Bəsti Rəfizadə
