Logo

III Çarlz İngiltərə millisini millətin qüruru adlandırdı

III Çarlz İngiltərə millisini millətin qüruru adlandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Böyük Britaniya Kralı III Çarlz dünya çempionatının yarımfinalında Argentinaya məğlub olan İngiltərə millisinin futbolçularına dəstək ifadə edib.

Sfera.az xəbər verir ki, kral ailəsinin “X” sosial şəbəkəsində yaydığı bəyanatda III Çarlz komandanın bütün ölkəni qürurlandırdığını bildirib.

“Harri Keynə və komandaya rəğbətimi bildirirəm. Bu gün yaralarınızı sarımağa çalışsanız da, siz hələ də millətin qürurusunuz və mütləq yenidən ayağa qalxacaqsınız”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, iyulun 15-də keçirilən yarımfinal matçında Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR