Tramp Ukrayna münaqişəsinin bitəcəyi tarixi açıqladı

Tramp Ukrayna münaqişəsinin bitəcəyi tarixi açıqladı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin 2029-cu ildə başa çatacağına inandığını bildirib.

Sfera.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə danışıb.

ABŞ lideri Rusiyanın Ukrayna ilə bağlı yaxın zamanda razılığa gəlməyə hazır olduğunu iddia edib. O, həmçinin senator Lindsi Qremlə Ukrayna məsələsində fikir ayrılıqlarının olduğunu da etiraf edib.

Trampın sözlərinə görə, Rusiyanın irəli sürdüyü razılaşma şərtləri zaman keçdikcə Ukrayna üçün daha əlverişli istiqamətdə dəyişir.

Jurnalistin Ukrayna böhranının prezidentlik müddəti başa çatana qədər həll olunacağına inanıb-inanmadığı barədə sualını cavablandıran Tramp bunları deyib:

“Düşünürəm ki, bu, daha tez başa çatacaq. Hesab edirdim ki, bu, həll edilməsi ən asan münaqişə olacaq. Çünki hər iki liderlə yaxşı münasibətlərim var”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ