Ukrayna Baş naziri istefa verdi

Ukrayna Baş naziri istefa verdi
Kateqoriya məlum deyil
T

Ukraynada hökumətdə gözlənilən kadr dəyişiklikləri çərçivəsində Baş nazir Yuliya Sviridenko istefa verib.

Sfera.az xəbər verir ki, baş nazir sosial şəbəkə hesabında paylaşdığı açıqlamada hökumətə rəhbərlik etməyin onun üçün böyük şərəf olduğunu bildirib.

“Hökumətə rəhbərlik etmək şərəfinə nail olduğum üçün qürur duyuram. Bütün hökumət komandasına gördükləri işə görə təşəkkür edirəm”, - deyə Sviridenko qeyd edib.

Prezident Volodimir Zelenski isə “Telegram” kanalında yaydığı açıqlamada Ukraynanın yenilənmiş hökumətə ehtiyac duyduğunu bildirib. O, hökumətdə planlaşdırılan dəyişiklikləri Yuliya Sviridenko ilə müzakirə etdiyini və ona yeni vəzifə təklif etdiyini vurğulayıb.

Qeyd edək ki, Yuliya Sviridenko təxminən bir il idi ki, Ukraynanın Baş naziri vəzifəsini icra edirdi.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ