“Hörmüz boğazına nəzarəti ələ keçiririk” - Tramp

“Hörmüz boğazına nəzarəti ələ keçiririk” - Tramp
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama verib.

Sfera.az xəbər verir ki, Tramp ABŞ-nin Hörmüz boğazına nəzarəti ələ keçirəcəyini bəyan edib.

“Boğazın qoruyucusu olacağıq və bunu etdiyimiz zaman bunun qarşılığını da alacağıq”, - deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin Vaşinqtonla Tehran arasında daha əvvəl əldə olunmuş razılaşmaya da toxunaraq, İranı öhdəlikləri pozmaqda ittiham edib.

“Bizim bir razılaşmamız var idi, amma İran onu pozdu. Buna görə də Hörmüz boğazına nəzarəti ələ keçiririk”, - deyə o vurğulayıb.

Onun bəyanatı Hörmüz boğazının təhlükəsizliyi və qlobal enerji bazarlarına mümkün təsirlərlə bağlı yeni müzakirələrə səbəb olub.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ