İranın bir neçə şəhərində partlayışlar baş verib
Kateqoriya məlum deyil
İranın müxtəlif bölgələrində silsilə partlayışlar qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, partlayışlar Xondab, Əhvaz, Behbəhan, Dizful, Omidiyyə və Bəndər-Mahşəhr şəhərləri ətrafında baş verib.
Eyni zamanda İranın dövlət teleradio şirkəti ölkənin cənubunda yerləşən Sirik şəhəri yaxınlığında rabitə qülləsinin atəş nəticəsində zədələndiyini bildirib.
Hadisələr ABŞ-ın İrana qarşı yeni zərbələr dalğasına başladığını açıqlamasından sonra baş verib.
Qeyd edək ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hədəflərə qarşı növbəti hərbi əməliyyatların başladığını bəyan etmişdi./teleqraf






