Trampla Səudiyyə vəliəhdi arasında mühüm telefon danışığı

Trampla Səudiyyə vəliəhdi arasında mühüm telefon danışığı
Kateqoriya məlum deyil
T

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Sfera.az xəbər verir ki, tərəflər söhbət zamanı regional və beynəlxalq gündəliyin aktual məsələlərini, o cümlədən ABŞ-İran arasında aparılan danışıqları müzakirə ediblər.

Görüşdə bölgədəki dəniz daşımaları və ticarət yollarının təhlükəsizliyinin təmin olunmasının vacibliyi xüsusi vurğulanıb. Şahzadə və prezident regional sabitliyin qorunmasına yönəlmiş bütün addımların dəstəklənməsinin zəruriliyi barədə razılığa gəliblər.

Xatırladaq ki, bu danışıq Yaxın Şərqdə gərginliyin davam etdiyi bir dövrdə baş verib və bölgə üçün strateji əhəmiyyət daşıyır.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ