“ABŞ İslamabad Memorandumunu pozdu”- Əraqçi

“ABŞ İslamabad Memorandumunu pozdu”- Əraqçi
Kateqoriya məlum deyil
T

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni iki ölkə arasında imzalanmış İslamabad Memorandumunun şərtlərini pozmaqda ittiham edib.

Sfera.az xəbər verir ki, Əraqçi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İranın 14 iyun tarixində ABŞ ilə imzalanmış memorandum üzrə öhdəliklərinə sadiq qaldığını, lakin Vaşinqton administrasiyasının razılaşmanın müddəalarını pozduğunu bildirib.

Nazir qeyd edib ki, İran razılaşmanın 9-cu bəndinə əməl edib, ABŞ isə bunun əksini edərək öhdəliklərini yerinə yetirməyib.

Əraqçi bildirib ki, bu addım ABŞ-nin əvvəlki pozuntularının və yanlış qərarlarının davamıdır. O vurğulayıb ki, memorandumun uğurla icrası yalnız tərəflərin qarşılıqlı şəkildə razılaşmaya əməl etməsi ilə mümkündür.

Xatırladaq ki, ABŞ ilə İran arasında müharibəyə son qoyulması məqsədilə 14 iyun tarixində İslamabadda memorandum imzalanıb. Sənədə əsasən, yekun sülh sazişinin hazırlanması üçün tərəflərə 60 günlük danışıqlar müddəti verilib.

Lakin iyulun 8-də ABŞ ordusu İrana qarşı yeni hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran da regiondakı qonşu ölkələrdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ